Ağdaş sakini ailə üzüvlərini güllələdi

Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən güllələnmə hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə sentyabrın 9-da axşam saatlarında Ağdaşın Qaraoğlan kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Mollayev Nəsrəddin Asim oğlu ilə qonşusu, 44 yaşlı Bayramov Azər Əziz oğlu arasında dava düşüb. İlkin məlumata görə, qonşular arasında münaqişəyə Azərin inəklərinin kol-koslu çəpərdən Nəsrəddinin həyətinə keçməsi səbəb olub. Dəfələrlə belə halın baş verməsi sonda qonşular arasında qanlı davaya səbəb olub. Nəsrəddin Mollayev evindəki ov tüfəngini götürərək qonşusu Azər Bayramovu güllələyib. Dava zamanı onları sakitləşdirmək istəyən Nəsrəddin Mollayevin anası, 44 yaşlı Mollayeva Gülzar Fərman qızı və əmisinin arvadı, 53 yaşlı Mollayeva Simuzər Şiralı qızı da güllə yarası alıb. Yaralıların hər üçü Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən Nəsrəddin Mollayev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin işçisi olan Nəsrəddin Mollayevin qardaşının bu gün toy mərasimi olacaqdı.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

COMMENTS