Ağdaşda ev yandı

Ağdaşda yaşayış evində yanğın hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayonun Yenikənd kəndində vətəndaşa məxsus ümumu sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 23:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

COMMENTS