Ağlı başdan alan virus

Amerikalı alimlər sağlam insanların qavrayış vərdişlərinə təsir edən virus aşkar ediblər. Bu barədə “Trend” “The Independent”ə istinadən məlumat verir.

 

Nebraska Universiteti nəzdindəki Con Hopkins Tibb Məktəbinin mütəxəssislərinin araşdırmalarına görə, bu virus sağlam insanların orqanizmində indiyədək müşahidə olunmayıb.

Alimlər bu virusu insanın boğazında mikrobların öyrənilməsi prosesində təsadüfən aşkar ediblər. Araşdırmalar zamanı onlar gözlənilmədən müəyyən ediblər ki, boğaz daxilində aşkar edilən DNK virusu yaşıl yosunları məhv edən DNK virusu ilə eynidir.

Araşdırmada iştirak edən 90 nəfərdən 40-ı onun daşıyıcısı olub. Bu virusun aşkar olunduğu şəxslər vizual qavrayışın sürəti və dəqiqliyi, eləcə də dəqiqliyin səviyyəsi ilə bağlı testlərin nəticələri üzrə daha aşağı nəticə əldə ediblər.

Araşdırmaya rəhbərlik edən virusoloq həkim Robert Yolkenin sözlərinə görə, bu adamlar arasında bir çox psixoloji fərqlər onların genləri, lakin bir sıra hallarda daxildəki mikroorqanizmlərlə əlaqədardır: “Bu sarsıdıcı nümunə sübut edir ki, daxilimizdə məskunlaşmış sanki zərərsiz olan mikroorqanizmlər davranışımıza və qavrayışımıza təsir etmək imkanına malikdirlər”.

COMMENTS