Ağsuda iki minik avtomobili toqquşdu

Ağsuda iki minik avtomobili toqquşdu

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağsu rayonunun Növcü kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub.

FHN-dən virtualaz.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DOSYE.ORG

COMMENTS