Aleysey Qay: “Krasnodarda “Qəbələ”dən hər şey gözləmək olar”

Aleysey Qay: “Krasnodarda “Qəbələ”dən hər şey gözləmək olar”

“Rəvan”la oyunda az güc sərf etmədik. Böyükhesablı qələbə qazandıq. Təbii ki, qalib gəlmək hər zaman xoşdur”.

Qol.Az-ın Futbolxeber.az-a istnadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin aparıcı üzvü Aleksey Qay Azərbaycan Premyer Liqasının 6-cı turunda “Rəvan”a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Ukraynalı yarımmüdafiəçi oktyabrın 1-də Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə “Krasnodar”a qarşı keçirəcəkləri görüşdən də söz açıb:

 “Biz hər oyunda qələbə qazanmaq istəyirik. Krasnodar səfərdində “Qəbələ”dən hər şey gözləmək olar. Şans həmişə var. Hətta şans olmayanda belə”.

Qay qrupdan çıxmaq perspektivi barədə sualı belə cavablandırıb: “Əlbəttə, bizi qarşıda çətin oyun gözləyir. Belə oyunlarda təcrübə toplayırıq. Məqsədimiz hər oyunda xal toplamaqdı. Alınsa, qrupdan da çıxmaq istəyirik. Bunu kim istəməz ki?”

“Qəbələ”nin “19 nömrə”si sonra yenidən Ukrayna millisinə cəlb olunmaq şansı barədə danışıb: “Açığı, bu barədə düşünmürəm. Desəm ki, milliyə çağırılacağımı gözləyirəm, yalan olar. Ümid həmişə olur. Lazım olsam, çağırarlar. Ancaq bu barədə çox da düşünmürəm”.

COMMENTS