Alimlərdən maaşla bağlı Artur Rəsizadəyə müraciət

Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının əmək haqlarının tarif dərəcələrindən tutulan vergidə uyğunsuzluğun aradan qaldırılması üçün Nazirlər Kabinetinə müraciət edəcək. Akademiyadan azvision.az-a verilən məlumata görə, hazırda akademiyada bununla bağlı işlər aparılır.

Vergi ödəmələrinə görə, yaranan uyğunsuzluq 13 və 14-cü dərəcəli işçilərin – elmi tədqiqat institutlarının böyük elmi işçilərinin əmək haqlarının fərqlənməsinə gətirib çıxarır. 13-cü dərəcəli böyük elmı işçilərin aylıq əmək haqları 235, 14-cü dərəcəli elmi işçilərin əmək haqları 253 manat olsa da, bu uyğunsuzluğa görə 13-cü dərəcəyə aid edilən işçilər 14-cü dərəcəyə şamil edilən işçilərdən daha yüksək əmək haqqı alırlar.

Akademiyadan bildirilib ki, onlar bu uyğunsuzluğun aradan qaldırılmasını istəyirlər: “Ödəniş cədvəlində 13 və 14-cü dərəcə arasında fərqin olmasını yenə də istəyirik. Amma bunun üçün qanunvericlikdə elə dəyişikliklər aparılmalıdır ki, 14-cü dərəcəli elmı işçilər 13-lə müqayisədə daha yüksək əmək haqqı ala bilsinlər”.

COMMENTS