Allaşükür Paşazadə göstəriş verdi

Cəbhə bölgəsində işğalçı Ermənistan ordusu il döyüşdə şəhid olmuş azərbaycanlı əsgərlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə bu gün paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Vətən torpağı uğrunda şəhid olmuş Azərbaycan ordusunun əsgərlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

 

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. “Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir”.

COMMENTS