Almaniyada İŞİD-ə qarşı vuruşacaq

Almaniya höküməti İŞİD təhlükəsinə qarşı İraqdakı Kürd Muxtariyyətinə silah yardımı edəcək.

 

Dosye.org Modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə naziri Ursula Vonder Leyen açıqlama verib.

 

Leyen nazirlərin kansler Angela Merkelin başçılığı altında keçirilən sammitindən sonra xarici işlər naziri Frank-Valter Steinmeyerlə birlikdə mətbuat konfransı təşkil edib.

 

Almaniyanın İraqın şimalına bu günə qədər 50 milyon avroluq humanitar yardım etdiyini, ancaq böhranın yalnız bu köməklə aradan qaldırılmayacağını vurğulayıb:

 

“Hökumət İŞİD-ə qarşı hərbi mübarizə aparanları dəstəkləyəcək. İŞİD-ə qarşı silahlı mübarizə aparan ABŞ-a təşəkkürümüzü bildirirk. İraqın şimalına hərbi yardımların mərhələli olaraq göndərəcəyik. İlk mərhələdə 4 min nəfərlik Peşmərgənin ehtiyaclarını qarşılayacaq silah və sursat göndərəməyi panlaşdırırıq”.

 

Nazir bu yardımların sentyabr ayı içində göndəriləcəyini deyib. Xarici işlər naziri Frank-Valter Steinmeyer də mətbuat konfransında çıxış edərək İŞİD-in təkcə İraq üçün yox bütün ölkələr üçün təhlükə olduğunu deyib.

COMMENTS