Almaniyada Leninin abidəsi ucaldıldı

Almaniyada Leninin abidəsi ucaldıldı

Almaniyanın Qelzenkirxen şəhərində Marksizm-Leninizm Partiyasının təşəbbüsü ilə inqilabçı, SSRİ-nin yaradıcılarından olan Vladimir Leninin iki metrlik heykəli ucaldılıb.

Bu barədə “RİA Novosti” xəbər verir.

Qeyd edilir ki, kansler Angela Merkelin təmsil olunduğu Xristian Demokratik İttifaqının, sağ radikalların, şəhər administrasiyasının bununla bağlı etirazı nəticə verməyib.

Marksizm-Leninizm Partiyasının nümayəndəsi Peter Vayspfeninq agentliyə bildirib ki, bu, Leninin keçmiş Çexoslovakiyadakı abidəsidir. “Biz onu Avstriyadakı satıcıdan “ebay” vasitəsilə əldə etdik – “məxməri inqilabdan” sonra abidə orada idi. Biz onu almağa və ucaltmağa qərar verdik, çünki Qərbi Almaniyada indiyə qədər Leninin heç bir büstü və ya heykəli yox idi”, – Vayspfeninq deyib.

DOSYE.ORG

COMMENTS