Almaniyada polislər döyüldü

Almaniyanın Köln şəhərində İslamçı ekstrimizmə qarşı keçirilən etiraz aksiyası sonda təhlükəsizlik qüvvələri ilə fəallar arasında qarşıdurmalara səbəb olub.

 

ANS PRESS-in məlumatına görə, Köln futbol klubunun azarkeşləri matçı izlədikdən sonra şəhərin mərkəzində toplaşaraq etiraz aksiyası keçiriblər.

İcazəsiz aksiyaya polis müdaxilə edib. Fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər.

Polis isə, təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb. Akisya iştirakçıları polis avtomobillərini aşırıblar.

Qarşıdurmalarda zorakılıq törədən 6 nəfər həbs olunub. Toqquşmalar zamanı 13 polis əməkdaşı və 1 etirazçı xəsarət alıb.

Məlumata görə, aksiya neo-nasist qruplaşma tərəfindən təşkil edilib. Fəallar, eyni zamanda, “xaricilər getsin” şüarları ilə çıxış ediblər.

COMMENTS