AMEA-nin Aqrar Elimlər Bölməsi Beynəlxalq Elmi Konfrans keçirib

Bu gün “Kənd təsərrüfatı tor­paq­larının ekoloji qiymətləndirilməsinin regionların inkişafında və ekoloji balansın qo­runmasında rolu” mövzusunda beynəl­xalq elmi konfrans keçirilib.

Tədbir Azər­baycan Milli Elmlər Akademiyası Aqrar Elm­lər Bölməsi, Yaponiya Beynəlxalq Əmək­daşlıq Agentliyi (YBƏA) və Azər­bay­can Torpaqşünaslar Cəmiyyətinin birgə təşki­lat­çı­lığı ilə baş tutub.

“Hyatt Regency” otelində keçirilən elmi konfransı giriş sözü ilə açan Aq­rar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov tədbir iştirakçılarına respub­li­ka­­­mızda aqrar siyasətin inkişaf tarixindən, müasir müstəqil döv­ləti­mi­zin qurucusu, ulu ön­dər Heydər Əliyevin bu sahədəki xidmətlərindən, Azər­­­baycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinə və regionların sosial-iqtisadi inkişafına dair gördüyü işlərdən bəhs edib.

Sonra akademik Qərib Məmmədov kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin regionların inkişafında və ekoloji balansın qorunmasında rolundan danışaraq bildirib ki, ekoloji qiymətləndirmə zamanı torpaq humusunun miqdarı, onun qranulometrik tərkibi, əkin qatının strukturu və sıxlığı kimi vacib diaqnostik əlamətləri ilə yanaşı, torpağın zərərli bitkilərlə çirklənmə dərəcəsi, əkin sahəsinin məhsuldarlığı və torpaqdan istifadəyə imkan verməyən ekoloji amillər də nəzərə alınmalıdır.

Daha sonra elmi konfransda Akademiyanın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev, Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev, YBƏA-nın Azərbaycan üzrə proqram koordinatoru Nigar İsmayılova, YBƏA-nın Özbəkistandakı ofisinin nümayəndəsi Fərxod Qurbanov, “AqriBioEkoTex” müəssisəsinin prezidenti, texnika elmləri üzrə fəlsəfə doktoru Əlibala Əlizadə  və digər natiqlər çıxış edib mövzu ətrafında fikir mübadiləsi aparıblar.


AMEA Rəyasət  Heyəti  aparatının
İctimaiyyətlə əlaqələr və elmin
populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəs

 

COMMENTS