Amerikanın yeni səfirindən “Azadlıq radiosu” ilə bağlı açıqlama

“Biz hesab edirik ki, “Azadlıq radiosu” işlәməli vә jurnalist standartına әn uyğun şәkildә fәaliyyәtini davam etdirmәlidir”.
Bu barәdә ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta sözügedәn radio ilә bağlı ötәn gün Xarici İşlәr vә Vergilәr nazirliklәrindә aparılan görüşlәrә münasibәt bildirәrkәn deyib. Lakin səfir rәsmi qurumlarla müzakirә olunan istiqamәtlәri açıqlamayıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib.//Trend

COMMENTS