Ana 1 yaşlı qızı ilə itkin düşüb

Bakıda ana azyaşlı qızı il birgə itkin düşüb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1986-cı il təvəllüdlü Vəfa İbrahim qızı Həsənova qızı, 2014-cü il təvəllüdlü Ruqiyyə ilə birlikdə yaşadığı Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi ev 3, mənzil 5 ünvanından iyulun 12-də çıxıb, bir daha geri qayıtmayıb.

Hazırda polis itkin düşən şəxslərin tapılması istiqamətində iş aparır.

COMMENTS