Ana doğuş zamanı öldü

Hadisənin təxminən 3 saat bundan əvvəl baş verdiyi bildirilir

 

Hadisə Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib.

Yevlax rayon sakini 25 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə təxminən 3 saat bundan əvvəl baş verib. Bu gün axşam saatlarında o, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb.

Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar.(anspress)

COMMENTS