Ana qızını İŞİD-dən azad etdi

Bir neçə ay əvvəl İŞİD üzvü ilə evlənmək üçün Hollandiyanı tərk edən və Suriyaya gedən 19 yaşlı Aiça anası tərəfindən İŞİD-in əlindən xilas edilib.

 

Musavat.com NTV telekanalına istinadən xəbər verir ki, oktyabrda qızının dalınca getmək üçün Türkiyəyə gələn, amma Suriya sərhədini keçə bilməyən ana Monique son cəhdində sərhəddən keçib. O, İŞİD-in mərkəzi kimi tanınnan Rakkaya gedib və qızını taparaq, onunla birlikdə Türkiyəyə qayıdıb.

Bu ilin fevralında ölkəsini tərk edən və Suriyada türk əsilli Hollandiya vətəndaşı olan İŞİD-çi Ömər Yımazla evlənən Aiça ölkəsində pasportu əlindən alınsa da, kimliklə Suriyaya keçə bilmişdi.

Anası bildirmişdi ki, qızı Ömər Yılmazla sosial şəbəkələr vasitəsilə tanış olub. Ömər isə Aiçanın başqa bir İŞİD üzvü ilə evlənmək üçün Suriyaya getdiyini, lakin həmin adam öldüyündən, onunla evləndiyini iddia etmişdi.

Ömər Yılmaz Twitter-dən “Öldürdüyüm, istismar etdiyim və tunisli bir qardaşıma satdığım iddia edilən keçmiş həuat yoldaşım indi Türkiyədədir” yazıb.

Anası ilə bərabər Suriyadan Türkiyəyə gedən, oradan isə ölkəsinə qayıdan Aiçanı Hollandiyada hansı cəzanın gözlədiyi bəlli deyil.

COMMENTS