Ana xəstə uşaqlarını atdı

.Masallıda ana dünyaya gətirdiyi əkizlərini xəstəxanada atıb getdi

 

Masallıda tükürpədici hadisə baş verib. Ana yenicə dünyaya gətirdiyi əkiz uşaqlarından imtina edib. APA TV-nin “lent.az” saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Boradigah qəsəbəsində, sahə xəstəxanasında qeydə alınıb. Masallının Şatıroba kənd sakini, 33 yaşlı Şahnaz Həsən qızı Nəzərova əri, 79 yaşlı Əliniyaz Əşrəf oğlu

 

Nəzərovla nikahından əkiz – qız və oğlan uşağı dünyaya gətirib. Amma doğuşdan cəmi bir neçə saat sonra ana övladlarını doğum şöbəsində qoyaraq, sakitcə evinə qayıdıb.

79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Şahnaz Nəzərova ilə izdivacdan hazırda 3 övladı – 2 oğlu, 1 qızı var.
Aidiyyəti qurumların müdaxiləsi ilə hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.

COMMENTS