Anonymous Putinə inanıb Türkiyəyə hücum etdi

Dünyaca məşhur xaker qrupu Anonymous Türkiyəyə  savaşa başlayıb.

Musavat.com xaici KİV-lərə istinadən xəbər verir ki, Türkiyədəki 400 minə yaxın internet saytı dekabrın 14-dən etibarən başlayan və dünəndən etibarən sıx bir şəkildə davam edən kiber hücumlara məruz qalıb.

Türkiyəni İŞİD-i dəstəkləməkdə ittiham edən və Putinin dediyi sözlərə inanan haker qrupu yayımladığı videoda “Türkiyə onlardan neft alır və üzvlərini xəstəxanada müalicə etdirərək, İŞİD-ə dəstək verir”  – deyərək bütün kiber hücumları öz üzərlərinə götürüblər.

“İŞİD-i dəstəkləməkdən əl çəkməsəniz saytınıza hücum etməyə davam edəcəyik” – sözlərini vurğulayıblar.

Haker qrupu Türkiyəni aeroport, bank və qurumlarının saytlarını çökdürməklə təhdid edib.

COMMENTS