Aparıcı Vüsalə: “Morqa gedənə qədər Oqtay Əliyevin ölümünə inanmadım”

Aparıcı Vüsalə: “Morqa gedənə qədər Oqtay Əliyevin ölümünə inanmadım”

Oqtay Əliyevin ölüm xəbərini canlı efirdən açıqlayan aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, aparıcı morqa gedənə qədər onun ölüm xəbərinə inanmadığını qeyd edib:

“Xəbəri efir bitənə yaxın mənə dedilər. Hamı bilir ki, belə bir acı yaşamışam. Amma efirin öz qanunları var. Acılarını gizlə və gülümsə… Bu insan bir başqa əziz idi. Xəbəri boğula-boğula dedim, amma inanmadım. Özüm morqa gedənədək… Çox heyif! Əlvida, dəyərli insan, müasir televiziyanın danışan dili, ilk addımlarımdan bu yana məni dəstəkləyən Oqtay müəllim”.

Xatırladaq ki, Vüsalə Oqtay Əliyevin rəhbəri və təsisçisi olduğu “SOY” prodakşının bir çox layihələrində aparıcılıq edib.

20230323_084908.jpg (401 KB)

COMMENTS