Aqil Ələskər Türkiyə TV-sində bəzi «Gülən» çilərin adını çəkdi

Türkiyənin AKP-yə yaxın “A Haber” telekanalında bir proqrama qatılan azərbaycanlı jurnalist Aqil Ələsgər Azərbaycandakı “Gülən camaatı” tərəfdarlarından bir neçəsinin adını açıqlayıb.

 

AzPolitika.info-nun məlumatına görə, jurnalis bildirib ki,deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Rəbiyyat Aslanova, Ceyhun Osmanlı və Elnur Aslanov bu şəbəkənin fəal üzvləridir.

 

Azərbaycanda “Paralel Dövlət”-in maliyyə mənbəyi SOCAR, SOCAR-da isə bu şəbəkənin dayağı vitse-prezident Xalik Məmmədovdur. A.Ələsgər xatırladıb ki, SOCAR-ın Türkiyə təmsilçisi Xalik Məmmədovun oğludur.

Millət vəkili Fazil Mustafa Türkiyə televiziyalarının birində “Paralel hökumət”lə bağlı efirə gedən verilişlərdə adı hallanmasına sərt reaksiya verib. Deputat bu barədə şəxsi facebook səhifəsində yazıb:

 

“Dostlardan biri zəng edib bildirdi ki, dünən Türkiyənin Kanal A kanalında bir proqramında iştirak edən Ələsgər soyadında bir Azərbaycandan olan “ilahiyyatçı” (söylədiyinə görə şişman, 35-40 yaşlarında birisi) Türkiyədə məşhur bir ifadə olan Paralel Yapı mövzusuna toxunarkən Azərbaycanda bu yapını dəstəkləyən əsas şəxslərdən biri olaraq mənim adımı çəkib.

 

Bu və ya gələcəkdə bu mövzuda danışmaq istəyən bütün geri zəkalılara bir məsələni çatdırmaq istəyirəm ki, Türkiyə daxilində baş verən proseslər mənim maraq dairəmdə deyil və hər hansı bir Yapını dəstəkləmək barədə də hansısa bir açıqlama verməmişəm”.

 

78217Türk məktəblərinin bağlanması xəbərinə bir daha mövqeyini bildirən Fazil Mustafa həmin xəbəri yayan şəxslərə səslənib:

 

“Qaldı ki, Türk məktəblərinin bağlanması məsələsinə etiraz etməyimə, bu da sırf Azərbaycan maraqlarını düşünərək atılan addım idi. Artıq bu məktəblərin başqa bir adla yoluna davam etməsi onu göstərdi ki, Azərbaycan hakimiyyətində də məktəblərin bağlanması addımının faydalı olmadığı qənaəti yarandı.

 

Bu Ələsgəri tanıyan varsa, söyləsin ki, Türkiyə kanallarını gəzib işverənlik etməyə gərək yox. Bizim içimizdə Türkiyə sevgisi doğulanda meydanda nə Yapı varıydı, nə də AKP. Bundan sonra da milliyətçili, solçulu, islamçılı, camaatlı bütöv Türkiyə tablosu üzərindən prossesləri dəyərləndirəcəyik”.

COMMENTS