“Arsenal” Özillə müqavilə yeniləyir

“Arsenal” Özillə müqavilə yeniləyir

“Arsenal” futbolçusu Məsut Özillə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisi türk əsilli alman futbolçuya yeni müqavilə təklif edəcək.

Özilin “Arsenal”la mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq. Lakin “topçular”ın rəhbərliyi Almaniya millisinin üzvünü daha bir neçə il komandada saxlamağı planlaşdırır.

Qeyd edək ki, Özil 2013-cü ildə 40 milyon avro müqabilində “Real”dan “Arsenal”a transfer olunub.

COMMENTS