Arvadını bıçaqlayan şəxsin şəkilləri hər yeri bürüdü – Foto

Arvadını bıçaqlayan şəxsin şəkilləri hər yeri bürüdü – Foto

Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun və ölümcül yaraladığı keçmiş həyat yoldaşının şəkilləri avtobus dayanacaqlarına vurulub.

Axar.az xəbər verir ki, ailə üzvlərinin belə bir addım atmasına səbəb kömək istəmələridir. Ailə iddia edir ki, C.Bəhmədov hazırda həbs edilsə də, azadlığa çıxa bilər. Belə olduğu təqdirdə isə o, 16 bıçaq zərbəsi ilə ölümcül yaraladığı həyat yoldaşının ailəsini, həmçinin öz uşaqlarını da öldürə bilər.

Özlərinin, ağır yaralı olan qızlarının və nəvələrinin həyatının təhlükədə olduğunu düşünən ailə işin daha mükəmməl araşdırılması üçün ictimai dəstək və kömək istəyir. Dayanacaqlara fotoların vurulmasına səbəb də məhz budur.

Ailə C.Bəhmənovla bağlı sosial şəbəkədə hesab da açaraq onun vəhşilikləri və törətdiyi cinayətlər haqqında məlumat paylaşır.

Saytımıza açıqlama verən ağır yaralanan Dilarə Bəhmənovanın anası Elmira Zeynalova bildirib ki, C.Bəhmənovun həbsdən çıxması üçün qardaşı və anası əlindən gələni edir. Bu da onları haqlı olaraq narahat edir:

“Mən qızımın və nəvələrimin həyatından narahat oluram. Qızımı artıq şikəst edib. Ancaq o həbsdən çıxsa, bizi yenə rahat buraxmayacaq. Nəvələrimə mən baxıram və onları heç kəsə vermərəm. Bu uşaqların atanın yanında qalması təhlükəlidir. Uşaqlar özləri də atanı istəmirlər. O insan həbsdən çıxacağı təqdirdə yenə bizi, qızımı və nəvələrimi rahat buraxmayacaq” .

Xatırladaq ki, 2 fevral tarixində Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov Bakıda keçmiş arvadı Dilarə Bəhmənovaya 16 bıçaq zərbəsi vuraraq onu ölümcül yaralayıb.

D.Bəhmənova hazırda Bakı xəstəxanalarının birində müalicə alır, vəziyyəti sabir-ağırdır.

DOSYE.ORG

COMMENTS