Arvadını öldürdü, sonra ürəyini, ciyərlərini və beynini yedi

Arvadını öldürdü, sonra ürəyini, ciyərlərini və beynini yedi

Qətl törətməkdə suçlanan və məhkəməyədək pullu zaminə buraxılan şəxs sevgilisinin evinə soxularaq onu vəhşiliklə qətlə yetirib.

 

Bununla da ürəyi soyumayan manyak öldürdüyü qadının cəsədini şaqqalayıb, qurbanının ürəyini, ağciyərlərini və beynini çıxararaq yeyib.

Polisdən verilən məlumata görə, onlar hadisə yerinə yollananda evin mətbəxindəki masada insan sümükləri vardı.
Dosye.org The Courier-Journal-a istinadən bildirir ki, hadisə ABŞ-ın İndiana ştatındakı Ceffersonvill şəhərində baş verib.

33 yaşlı Cozef Oberhansli qeyri-rəsmi nikahda yaşadığı arvadı, 46 yaşlı Temmi Co Blentonun evinə soxularaq onun başını kəsib.
“Daha sonra isə bu şəxs qadını şaqqalayıb, ürəyini, ağciyərini və beynini çıxaraq yeyib. C.Oberhansli bunu deyəndə inanmaq çətindi. Lakin hadisə yerinə baxış deyilənləri təsdiqlədi”, – polisdən verilən açıqlamada bildirilib.

Blentonun cəsədi vanna otağında idi. Brezentə bükülmüş cəsəddə çoxsaylı yaralar vardı.
Oberhansli 1998-ci ildə yenicə ana olmuş sevgilisini amansızlıqla qətlə yetirdiyinə görə həbs olunmuşdu.

COMMENTS