Arvadını öldürməkdə ittiham edilən şəxs hakim qarşısında

Arvadını öldürməkdə ittiham edilən şəxs hakim qarşısında

Ailə münaqişəsi zəminində arvadını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fazil Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.

Qətl hadisəsi ötən ilin oktyabr ayında Bakıda baş verib. Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

Məlumata görə, Həsənov bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb. Hadisə mərhumun 11 yaşlı oğlunun gözü qarşısında baş verib. F.Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Təqsirləndirilən Həsənova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

DOSYE.ORG

COMMENTS