Arzu Rəhimovun kadırından inanılmaz addım

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi kimə güvənir?

 

“Xeberinfo.com”: Hərbi xidmətə çağırış məsələsi Müdafiə Nazirliyinin səlahiyyətindən alınıb, yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə veriləndə bu struktur islahatın effektli olacağına böyük ümüd var idi. Təəssüf ki, ötən zaman belə demək mümkünsə ümidlərin doğrulmaması ilə müşahidə olundu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gözlənilən ümidləri doğrulda bilməməsinə görə əsas tənqid hədəfi qurumun rəisi, general-leytenant Arzu Rəhimov olsa da, əslində məsələnin belə olmasının obyektiv və subyektiv səbəbləri var.

Bu səbəblər içərisində qeyd edilməli məqamlardan biri də bəzi təsadüfü kadrların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə rəhbərlik etmələridir. Bununla da həmən vəzifəli şəxslər xidmətin işini faktiki olaraq zəiflədiblər. Ayrı-ayrı vəzifəli şəxslərə güvənən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin rəisləri əsasən öz maraqlarını rəhbər tutaraq hərəkət edirlər ki, bu da xidmətin işində müəyyən problemlər yaratdığı kimi, bəzən sağlam gənclərin silahlı qüvvələrdən kənarda qalmasına, onları xəstə gənclərin əvəzləməsinə səbəb olur. Məhz bu səbəbdən də son zamanlar silahlı qüvvələrdən xəstəliyə görə təxris olunanların sayı artıb. Xəstə gəncləri xərbi xidmətə çağıran, sağlam gəncləri hərbi xidmətdən yayındıran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, xüsusilə də yerli şöbələrinin rəhbərləri ilə Hərbi Prokurorluq da bacara bilmir. Hərbi Prokurorluq xəstə gənclərin silahlı qüvvələrə hərbi xidmətə göndərilməsi faktları ilə bağlı araşdırmalar aparıb, cinayət işləri qaldırsa da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsləri sudan quru çıxmağı bacarırlar.
Məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Yalçın Sadıqlı kimi. Redaksiyamıza Yalçın Sadıqlının qanunazidd fəaliyyəti ilə bağlı ilginc məlumat daxil olub. Məlumata görə hal-hazırda Hərbi Prokuorluqda Ağcabədi rayon Hacılar kənd sakini Məmmədov Rüstəm Nazim oğlunun hərbi xidmətdən təxris olunması ilə bağlı araşdırma aparılır. Hərbi Prokurorluğa yaxın mənbədən “xeberinfo.com”a daxil olan məlumata görə,Rüstəm Məmmədovun xəstəliyə görə hərbi xidmətdən təxris olunması ilə bağlı başladılan təhqiqat zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şəbəsinin rəisi Yalçın Sadıqlının, şöbənin vəzifəli şəxslərinin, Həkim Komissiyasının sədri Rafiq həkimin və komissiyanın üzvü Əli həkimin ifadələri alınıb. (Rafiq həkimlə telefon əlaqəsi zamanı faktı təsdiqlədi və faktla bağlı Hərbi Prokurorluqda ifadə verdiyini də bildirdi. Bizim əlavə suallrımızı isə kobudcasına rədd etdi.)
Ağcabədi rayonundan aldığımız məlumata görə Rüstəm Məmmədov xəstə olduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin keçmiş rəisi tərəfindən hərbi xidmətdən azad edilibmiş. Ancaq Yalçın Sadıqlı rəis təyin olunduqdan sonra həkim komissiyası bu gəncin sağalması qənaətinə gəlib və beləliklə də Rüstəm Məmmədov hərbi xidmətə göndərilib(?) Lakin qeyd etdiyimiz kimi, hərbi xidmətdən vaxtından əvvəl təxris edilib. Ağcabədi rayon sakinləri isə Hərbi Prokurorluğun bu faktla bağlı başlatdığı yoxlamaların hansı nəticə verəcəyini maraqla gözləyirlər.
Rayondan aldığımız məlumata görə xəstə gənclərin hərbi xidmətə çağrılması ilə bağlı faktlar yalnız bundan ibarət deyil. Bu olaydan əvvəl kəskin şizofereniya xəstəsi Rəşidov Ismət Ilham oğlu da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən hərbi xidmətə göndərilib. Bütün bu faktlar məlum olsa da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi qurumun Ağcabədi rayon şöbəsinin rəisi Yalçın Sadıqlı haqqında heç bir tədbir görə bilmir. (Bunun səbəbi və səbəbkarı haqqında gərəkirsə sonra yazarıq.) Xəstə gənclərin hərbi xidmətə göndərilməsi sağlam gənclərin də hərbi xidmətdən yayınmasına yol açır. Ağcabədi rayonundakı mənbəmiz sağlam olmasına baxmayaraq hərbi xidmətən yayındırılan gənclərlə bağlı əlavə məlumatların veriləcəyini də bildirdi.
Biz bu məlumatlarla bağlı cənab Sadıqlı ilə əlaqə yaratsaq da nəticə olmadı…
Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

COMMENTS