Aşağı təzyiqin təhlükələri

Aşağı təzyiqin təhlükələri

Aşağı təzyiqin təhlükələri
Rusiyalı kardioloq, terapevt Natalya Qavrilyuk aşağı arterial təzyiqin insanda ölümcül nəticəsi ilə bağı danışıb.
Bu barədə Gazeta.ru məlumat yayır.
Onun sözlərinə görə, bəzi insanlarda vegetativ sinir sisteminin xüsusiyyətinə əsasən aşağı təzyiq norma hesab edilir. Bu daha çox gənc arıq qızlara aiddir.
Bununla yanşı əgər insanlar ilk dəfə belə halla rastlaşsalar, mütləq həkimə müraciət etməlidirlər. Aşagı təzyiqi soyuq tər, döş qəfəsində ağrı, nəfəs darlığı, taxkardiya və yaddaşın itməsi müşaiət edir.
“Burada miokard infarktı, ağciyər emboliyası, həyati təhlükəli ritm pozğunluqları, insult kimi kəskin vəziyyətləri mütləq istisna etməliyik.  Bu halda həmin şəxs təcili olaraq xəstəxanaya aparılmalıdır”, – deyə mütəxəssis bildirib.
O qeyd edib ki, təzyiqi aşağı salan bir neçə doza dərman qəbul edildiyi halda da xəstəxanaya getmək lazımdır.
Bəzi hallarda xarakterik olmayan hipotenziya (təzyiqin aşağı düşməsi) hətta ölümə də səbəb ola bilər.

COMMENTS