AST Telman hotelini sata bilmir

Azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” hotelinin taleyinə yaxın vaxtlarda aydınlıq gətiriləcək.  

Axar.az-ın məlumatına görə, bu barədə hotelin direktoru Çətin Pəhləvan danışıb. Onun sözlərinə görə, hotelin açılışından sonra bir sıra təkliflər olub:   “Bu vaxta kimi satınalma, şərik, icarə kimi təkliflər almışıq. Antalyaya dəyər qatacaq dünyaca məşhur beynəlxalq şəbəkələr də təkliflər verib. Hazırda bütün təklifləri qiymətləndiririk. Brendi inkişaf etdirəcək hansı şərt olarsa, hörmətli İsmayılov özü buna qərar verəcək”.   Xatırladaq ki, Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilən hotel 2009-cu ildə açılışdan sonra borc və müsadirə qalmaqalı ilə gündəmə gəlib.

COMMENTS