Astan İbişov icra başçısına arxalanır?

Astan İbişovun gedər ayaqda 6 aya 100 min manatı «əridib»

 

Masallı təhsil şöbəsinin müdiri Astan İbişov Regional İdarələr yarandıqdan sonra vəzifəsindən gedəcəyinə tam əmin olaraq, bir sıra addımlar atmağa başlayıb. XALQ.AZ xəbər verir ki, İbişov ilk olaraq dövlət büdcəsindən ayrılan vəsaitləri «əritməyə» qərar verib. Və 6 ay ərzində 100 min manatı bu şəkildə «qaydasına salıb». Rəsmi məlumatlarda göstərilir ki, təkcə bu ilin ilk yarısında Masallı Təhsil Şöbəsinə digər maşın və avadanlıqların alınması üçün 20549 manat pul ayrılıb. Amma şöbə bu pula nə avadanlıq alıb, nə də maşın. Bərk inventarların alınması üçün ayrılmış 37170 manatın da aqibətindən xəbəri olan yoxdur. Rayonda belə bir xəbər dolaşır ki, Astan İbişov ayrı-ayrı orta məktəblərin adına xeyli sayda parta, yazı taxtası, mebel sənədləşdirirək, onların pullarını mənimsəyib. Masallı Təhsil Şöbəsinə ayrılmış 22067 manata isə avadanlıqların satın alınması nəzərdə tutulubmuş. Hərçənd bu avadanlıqları nə görən, nə də bilən var. Bilinən odur ki, Astan İbişov bu işləri eyni əllə həyata keçirib. «Adil-Mübariz» TOM şirkəti vasitəsi ilə həyata keçirdiyi bu işlərin isə sayı çoxdur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

COMMENTS