Ata doğma qızını 6 il zorladı

Bu münasibətdən doğulan körpəni isə evinin həyətində basdırıb.

 

Türkiyədə tükürpərdici hadisə baş verib.

İnşaatlarda boya işləri görən kişi öz qızına təcavüz edib. Antalyada yaşayan 46 yaşlı Ekrem E-nin 20 yaşlı qızına təcavüzü 6 il öncə başlayıb.

Bu bərabərlikdən onun övladı da doğulub. Lakin iddialara görə, “ata” öz qızından olan uşağını evlərinin həyətinə basdırıb.

Qonşuların sözlərinə görə, ailənin 20 yaşlı qızının gözəl əl qabiliyyəti olub.

“Onun sadəcə gözündə və qulağında problem olub. Son zamanlar evdən daima qışqırıq səsləri eşidirdik. Anası qızının atası ilə zarafatlaşdığını deyirdi. Biz anasına “əgər səslər azalmasa polisə müraciət edəcəyik” deyə xəbərdarlıq etmişdik. Bundan sonra səslər azaldı”.

Təcavüz və cinayət iddiaları ilə bağlı olaraq ata-ana polis tərəfindən saxlanılıb. Ana zorlama iddialarını təsdiqləyib.

“Ərim hər gün bizi döyüb. Biz evdə olanda belə qızımla münasibətdə olub. Qorxduğum üçün susurdum”.

Cütlüyün 13 yaşlı qızı və 10 yaşlı oğlu ailədən alınıb.(ANS)

COMMENTS