ATV-nin aparıcısı canlı yayımda ağladı

ATV-nin aparıcısı canlı yayımda ağladı

ATV-də yayımlanan “Düzünü desək” verilişinin aparıcısı Günay Firudinqızı canlı yayımda göz yaşlarını saxlaya bilməyib.

 

Axşam.az-ın məlumatına görə, efirə qonaq qismində qatılan müğənni Vasif Məhərrəmlinin ana haqqında sözləri aparıcını kövrəldib. O, valideyn mövzusunun onun həssas yeri olduğunu deyib:
“Demirəm ki, hər şeyə boyun əyirəm, valideynlərimin hər istədiyini edirəm. Mənim də kaprizlərim var. Amma hər gün dua edirəm: valideynlərimə nə olacaqsa, mənə də onlarla birlikdə olsun. Atamsız, anamsız bir gün belə yaşamaq istəmirəm”.

COMMENTS