Avropa haqda çox bədbin proqnoz

Avropa haqda çox bədbin proqnoz

“30 ildən sonra Avropa İttifaqına üzv olan ölkələrin heç biri G7-də yer almayacaq”

Dünyada baş verən qlobal iqtisadi proseslər fonunda Avropa İttifaqını ciddi dəyişikliklər gözləyir.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının  sədri Jan-Klod Yunker Fransanın “Fiqaro” qəzetinə müsahibəsində bəyan edib.
 
“Təqribən 30 ildən sonra Avropa İttifaqının heç bir ölkəsi dünyanın qabaqcıl dövlətləri klubu olan G7-də yer almayacaq”, – deyə J-K. Yunker bildirib. Onun sözlərinə görə, əgər 1900-cü ildə Avropada dünyanın 20% əhalisi yaşayırdısa, 2100-cü ildə bu göstərici cəmi 4% təşkil edəcək.
 
Həmçinin Avropa Komissiyasının  sədri Yunanıstanın avrodan imtina etməsi və Avropa İttifaqından çıxması ehtimalına dair siyasi spekulyasiyaları yersiz hesab edib: “Biz onsuz da kiçik bir qitəyik. Parçalanma barədə müzakirələrin zamanı deyil”.

COMMENTS