Avropa Oyunları bitdi, bağlanış mərasimi başladı

Bu gün Bakıda I Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir.

Əvvəlcə Bakı Olimpiya Stadionunda “Bakı-2015” I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi keçirilib.

Bağlanış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.

M.Dadaşov mərasimin dünyanın ən böyük şouları sırasına daxil olacağını vurğulayıb.

Sonra rəqs qrupu səhnədə “Yallı” rəqsini ifa edib. Mahnı sədaları altında yeniyetmə idmançılar öz məharətlərini göstəriblər, rəqslər ifa olunub.

Müğənni Tünzalə Ağayeva səhnədə yer alıb, sonra M.Dadaşovun təklifi ilə stadionda “Meksika dalğası” yaşanıb. Bununla da mərasimin şou hissəsi başa çatıb və tədbirin rəsmi hissəsi başlayıb.

COMMENTS