Avropa Oyunları zamanı metrolarda dəyişiklik

Avropa Oyunları ilə əlaqədar metroda stansiyalarında müəyyən dəyişikliklər olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, ölkəmizə gələn turistlərin gediş-gəlişinin asanlaşdırmaq üçün stansiyalarda xəbərdarlıq anonsları müxtəlif xarici dillərdə səsləndirilə bilər:

“Bu istiqamətdə iş aparılır. Xarici qonaqlar üçün nəzərdə tutulan müxtəlif işlər var, amma konkret həmin səs yazıları olacaq və ya başqa formada nəsə, o, hələ dəqiq deyil”.

COMMENTS