Avropanın böyük liqalarının rəmzi komandası

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi Avropanın 5 ən böyük liqası (La Liqa, Premyer Liqa, Bundesliqa, A seriya, Fransa Liqası) üçün 2015-ci ilin rəmzi komandasını elan edib.
 
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahıda aşağıda adları qeyd olunan futbolçular yer alıb:
 
Qapıçı: Manuel Noyer (“Bavariya”)
 
Müdafiəçilər: Dani Alveş (“Barselona”), Tiaqo Silva (PSJ), Corcio Kyellini (“Yuventus”), Natxo Monreal (“Arsenal”)
 
Yarımmüdafiəçilər: İlkay Gündoğan (“Borussiya” Dortmund), Santi Kasorla, Məsut Özil (hər ikisi “Arsenal”), Kevin de Bruyne (“Mançester Siti”), Eden Hazard (“Çelsi”)
 
Hücumçu: Lionel Messi (“Barselona”)

COMMENTS