Avtobusda dava-dalaş

Bakıda keçmişi unutdura bilməyəcək bir vəziyyət yaranıb. Sərnişindaşımada günbəgün yeni sistemlər təqdim olunsa da bir şey dəyişməz olaraq qalır.

 

Milli.Az xəbər verir ki, avtobuslarda yeni kartla ödəmə sistemi, köhnə marşrutları yenisi ilə dəyişmək və s. kimi yeniliklər görsək də, bir dəyişməz sistem qalıb, o da sürücülərin “köməkçi”si olan konduktorlar.

Saytımıza verilən xəbərə görə, 18 saylı 10-TG-728 dövlət nişanlı avtobusda konduktor gənc bir sərnişinlə əlbəyaxaya çıxıb. Belə ki, avtobusun içərisində sərnişin çox olduğundan oğlan pilləkənlərdə dayanmaq məcburiyyətində qalıb.

Bunu görən konduktor ona: “Ya düş, ya da bir az yuxarı çıx”, – deyib. Oğlan isə sərnişinlərin çox olduğunu və işə tələsdiyinə görə avtobusdan enə bilməyəcəyini söyləyib.

Elə bundan sonra da ara qızışıb. Sürücünün yanından enib oğlanın tərəfə gələn konduktor onunla dilləşməyə başlayıb. Biri o digərinin sözünü “udmayan” iki şəxs arasında dava başlayıb.

Həmin davanın şahidi olanları görüntüləmək istəsə də alınmayıb. Sərnişinlərin arasında sıxılıb qaldığından telefonu işə sala bilməyib.

COMMENTS