AXCP-nin üzvü Xalid Qarayev azadlığa buraxılır

Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində saxlanılan jurnalist, AXCP üzvü Xalid Qarayevə atası Bəhmən Qarayev baş çəkib.

 

“Media forum” saytına danışan Bəhmən Qarayev bildirib ki, oğlunun saxlanma şəraiti və səhhəti normaldır: “Hər hansı şikayəti yoxdur. Amma vəkili və partiya yoldaşları görüşə bilmir. Yalnız ailəsi ilə görüşməyə icazə verirlər. Noyabrın 23-də çıxmalıdır”.

Xalid Qarayev “Azadlıq” qəzetinin müxbiri və xaricdən peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının texniki direktorudur.

O, oktyabrın 29-da Bakıda tutulub. Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsi ona 25 sutka inzibati həbs cəzası kəsib. Xalid Qarayev xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

COMMENTS