Aygün Kazımova: “Bir insana aid ola bilmərəm”

Xalq artisti Aygün Kazımova sevdiyi insanın olmadığını deyib.

Müğənni bu haqda “ATV Maqazin” verilişinə danışıb: “Həyatımda heç kim yoxdur. Bu, çox yaxşı haldır. Özümü bütünlüklə yaradıcılığıma həsr etmişəm. Sevgi haqda düşünmürəm. Ətrafımı sevgilər əhatə edir. Onlara hörmətlə yanaşıram. Məni çox adam sevsin, amma mən bir insana aid ola bilmərəm. Düzdür, bu sözləri illərdir deyirəm. Bir müddət keçir, yenidən aşiq oluram”. (Axşam.az)

COMMENTS