Aygünün qızı gizli ərə gedib?- İlqarə açıqlama verdi

Xalq artisti Aygün Kazımovanın qızı, gənc müğənni İlqarə Kazımova gizli ailə qurması haqda yayılan xəbərlərə münasibət bildirib.

Gənc müğənni xəbərdən şoka düşdüyünü bildirib.

“Mən subayam və heç vaxt ailəli olmamışam. O qız isə mən deyiləm. Bilmirəm ki, kimdir. Düzdür, şəklə baxanda mən də onu özümə oxşatdım. Hətta deyərdim ki, mənim oxşarımdır. Amma o qız mən deyiləm. Hər kimdirsə, Allah xoşbəxt etsin”.Qeyd edək ki, publika.az-ın yaydığı məlumata görə, İlqarə Kazımova bir neçə il öncə əcnəbi vətəndaşa ərə gedib. İlqarənin tez-tez Türkiyəyə getməsinin səbəbi də həyat yoldaşının İstanbulda fəaliyyət göstərən iş adamı olmasıdır.

COMMENTS