Aylıq gəliri 70 min dollar olan dilənçi saxlanılıb

Birləşmiş Ərəb Əmirliylərində aylıq gəliri 70 min dollar olan dilənçi saxlanılıb. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, bu ölkədə dilənməyə icazə verilmir və qanunla cəzalandırılır. 

Polisin məlumatına görə, Dubayda saxlanılan növbəti peşəkar dilənçi xarici vətəndaş olub. 

Rəsmilər bildirib ki, dilənçilər əsasən pulları cümə günləri məscidlərin ətrafında və başqa tanınan ictimai yerlərdə qazanırlar. 

Daxili işlər nazirliyindən verilən məlumata görə, 2016-cı ilin ilk üç ayında Dubayda 60 dilənən xarici vətəndaş həbs edilib.  

COMMENTS