Azərbaycan əhalisinin sayı artdı

Mayın 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 0,4 faiz artaraq 9627,9 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadratkilometrə 111 nəfərdir. Hazırda hər 1000 kişiyə 1009 qadın düşür. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini isə kənd sakinləri təşkil edir.

Cari ilin 4 ayında ölkədə 53,5 min körpə doğulub. Onların 53,6 faizi oğlan, 46,4 faizi isə qızlardır. Bu dövrdə ölkədə 19,1 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalına görə, bu göstərici 6,5-dən 6,1-dək azalıb.

Ölkədə rəsmi orqanlar tərəfindən 24,3 min nikah və 4,2 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 7,8, boşanmaların sayı isə 1,4 olub.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən yanvar-aprel aylarında daimi yaşamaq üçün Azərbaycana 727 nəfərin gəldiyi və 269 nəfərin ölkədən getdiyi qeydə alınıb.

COMMENTS