“Azərbaycan millisini çalışdırmağa hazıram”

“Azərbaycan millisini çalışdırmağa hazıram”

“Azərbaycan millisinin Xorvatiyaya 0:6 hesabı ilə uduzması ağır məğlubiyyətdir. Ancaq bu onların əsl gücünün göstəricisi deyil. Azərbaycan yığmasının potensialı var”.

Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçi vəzifəsinə namizəd olan Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

Bakya səfərindən danışan təcrübəli mütəxəssis Azərbaycan millisini çalışdırmağa hazır olduğunu bildirib: “Bakıda 10 gün qaldım. Premyer Liqanın bir oyununu stadiondan canlı izlədim. Lakin mən daha çox oyun izləməliyəm. Bakıda gördüklərim məni qane etdi. Sadəcə səbrlə işləmək lazımdır.

Azərbaycan yığmasını çalışdırmağa hazıram. Dörd-beş il məşqçilik təcrübəm var. Xorvatiya yığmasında Slaven Biliçin köməkçisi vəzifəsində işləmişəm. Qarşıda bir neçə ay var. Seçmə mərhələdə növbəti oyun Malta ilə olacaq. Tezliklə ailəmlə birgə Azərbaycana köçəcəm”.

Qeyd edək ki, Prosineçki Avropa Liqasının qrup mərhələsinin V turunda bu gecə keçiriləcək “Sent-Etyen” – “Qarabağ” matçını “Joffrua Qişar” stadionundan canlı izləyəcək. Oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

COMMENTS