Azərbaycan millisinin keçmiş baş məşqçisindən uğurlu debüt

Azərbaycan millisinin keçmiş baş məşqçisindən uğurlu debüt

Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki yeni klubu “Olimpiya”da ilk rəsmi oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Sloveniya təmsilçisi xorvatiyalı mütəxəssisin debütünü darmadağınla qeyd edib – 4:1.

Prosineçki “Radomlye” ilə oyundan sonra təəssüratlarını bölüşüb: “Azarkeşlərin məni alqışlarla qarşılaşması təsirli idi. Bu sevgini bilmək çox xoşdur. Lyublyanaya qayıdanda “Olimpiya”nın mənim üçün xüsusi, emosional klub olduğunu vurğuladım. Mən futbolçu kimi burada oynamışam və çox gözəl bir il keçirmişəm. Azarkeşlərin sevgisi yaxşıdır, amma ən əsası nəticələrdir.

O ki qaldı oyuna, görüşdən əvvəl vurğulamışdım ki, “Radomlye” futbol oynamağı bilən komandadır. Top onda olanda çox təhlükəli ola bilər. Amma bu dəfə həqiqətən də futbolçularımı təbrik etməliyəm, çünki çox yaxşı oyun göstərdilər. Yekunda 4:1 hesabı ilə qalib gəldik və xoşbəxtik. Özümüzə inamı daha da gücləndirdik. Düzdür, biz cəmi iki həftədən az bir vaxtda birlikdə olmuşuq. Ona görə də səhvlərin olması məntiqlidir. Vacib olan yanaşma düzgün idi. Uşaqlar motivasiyalı idilər, özlərini sübut etməyə can atırdılar.

Bu, hər kəsə, hətta ehtiyat oyunçular skamyasından oyuna daxil olanlara da aiddir. Növbəti məşqlərdə hər şeyi edəcəyik ki, gələcəkdə mümkün qədər az səhv edək”.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb.

DOSYE.ORG

COMMENTS