Azərbaycan Portuqaliya ilə üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son matçına çıxacaq.

 

Qol.Az-ın məlumatına görə, Bernhard Lippertin komandası səfərdə Portuqaliyanın qonağı olacaq.

Son oyunda İsrailə 3:0 hesabı ilə qalib gələn yığmamız bu görüşdə də rəqibindən xal almağa çalışacaq. Millimiz qələbə qazanacağı təqdirdə turnir cədvəlinin üçüncü pilləsinə yüksələcək.

Qeyd edək ki, milli komandamız 7 oyundan sonra 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

COMMENTS