Azərbaycan prezidentinin qızı Asiya gözəli seçildi

Leyla Əliyeva “Şərqin çaritsası” tituluna namizədlər sırasında yer alıb.

Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyeva Asiyanın ən gözəl qadınları siyahısına düşüb. ANS PRESS-in məlumatına görə, ELLE jurnalı rus dilli versiyasında “Şərq çaritsası” tituluna iddialı olan 14 məşhurun reytinq cədvəlini tərtib edib. 

Siyahıda ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Баку” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin təsisçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü Leyla Əliyevanın adı da yer alıb. 2006-cı ildə Emin Ağalarovla ailə quran, may ayında isə ayrıldığını elan edən Leyla xanımın Əli və Mikayıl adlarında əkizləri var.



Аyşvariya Ray
Hindistanlı aktrisa Ayşvariya Ray siyahıya liderlik edir. “Dünya gözəli 1994” artıq iyirmi ildir közəllik kralıçalı titulunu saxlayır. Ray belə bir nüfuzlu rütbəni kinodakı karyerasına görə qazanıb. 



Kraliça Raniya
44 yaşlı İordaniya kraliçası Raniya əl-Abdulla hər il planetin ən gözəl qadınlar siyahısında yer alır və müntəzəm olaraq birinci yer uğrunda Keyt Midlton, Şarlota Kaziraqi ilə mübarizə aparır. Raniya Kral II Abdullanın həyat yoldaşıdır.



Frida Pinto 
Dünya şöhrəti əldə etmiş daha bir hindistanlı aktrisanın portuqal kökləri var. 30 yaşlı rəqqasə “Xarabalıqdan çıxmış milyonçu” filmində baş rola çəkildikdən sonra Cənubi Asiyanın ən gözəl xanım nümayəndələri siyahısında Ayşvariya Rayın özünü belə sıxışdırıb.



Lyu Ven 
Planetin ən uğurlu asiyalı modelidir. Cinli Lyu Ven bir vaxtlar models.com saytının ən yaxşı manekeni reytinqinə başçılıq edib. 



Çjan Szılin 
Pekin elm və texnika universitetinin məzunu 2007-ci ildə “Dünya gözəli” titulunu almış ilk çinli kimi tarixə düşüb. Çinli qadınların planetin ən miniatür qadınları olmasına baxmayaraqÇjan Szılin 182 sm boyu ilə yarışmanın ən ucaboylu iştirakçısı idi.



Çjan Szıi 
Bundan əvvəlki gözəlin adaşı və həmyerlisidir. Ən bahalı asiyalı aktrisanın mələk simasısı yəqin sizə çəkildiyi filmlərdən tanışdır.



Leysan Utyaşeva 
Bişkeriyalı bu gözəl bədii gimnastika üzrə dünya və Avropa çempionları olmaqla yanaşı gözəl teleaparıcıdır. 



Meqan Yanq 
23 yaşlı Meqan Yanq 2013-cü ildə “Dünya gözəli” rolunda debüt etmiş və belə bir qiymətli taca sahiblənmiş ilk Filippin qadınıdır. gözəllik müsabiqəsinə qədər öz ölkəsində artıq məşhur idi; aktrisa, teleaparıcı və model kimi tanınırdı.



Yuy Vensya 
Filippinli qızı Meqan Yanqın nüfuzlu gözəllik müsabiqəsində qələbəsindən bir il əvvəl Asiya daha bir nümayəndəsinin – çinli Yuy Vensyanın dünya gözəli seçilməsini bayram etmişdi. Diqqətəlayiqdir haldır ki, ciddi gözəllik kraliçası model və ya aktrisa karyerası arzusu yoxdur — o.musiqi müəlliməsi olmağa qərarlıdır.



Devon Aoki
Formal olaraq Devon Aoki əlbətdə amerikalıdır. Genetik olaraq isə yapon qızıdır. Ekzotik xarici görünüş, möhkəm özünəinam və inandcıl xasiyyəti 165 sm-lik üzü çilli qızı 1990-cı illərin ən tələbatlı modeli edib. 



Tao Okamoto 
Xarizmatik yapon qızı 2006-cı ildə qısa saç düzümü və dəyişməz stili ilə “Elite” reklam agentiyi ilə müqavilə bağlayır və moda nümayişlərində podiumun ən gurultulu alqışlarını qazanır. Bu gün reklam agentlikləri ilə ən çox müqavilə bağlamış asiya gözəlidir. 



Şeyxa Moza Moza bint Nasir əl-Misned 
Qətər əmirinin həyat yoldaşı ŞeyxaMoza ərəb dünyasının ən mötəbər qadınlarındandır. 55 yaşlı 7 uşaq anası sadəcə çox gözəl görünür. Müntəzəm olaraq dünyanın zərif və stil qadınları siyahısına başçılıq edir.



Klaudiya Links 
Tehrandan olan 33 yaşlı tərcüməçini İranda “Fars ilahəsi” adlandırırlar. Model biznesinə yeni gəlmiş aktrisanı və İranın gözəllik simvolunun əsl adı Şaqayaq Əlizadədir. Onun effektli görünüşü isə plastik cərrahların xidmətidir.

 

COMMENTS