“Azərbaycan Qarabağda antiterror əməliyyatı həyata keçirməlidir” – Ermənilər qorxu içində

“Azərbaycan Qarabağda antiterror əməliyyatı həyata keçirməlidir” – Ermənilər qorxu içində

Ermənilər son günlərdə Qarabağdakı vəziyyəti gərginləşdirmək üçün yenidən təxribatlara əl atırlar.

Müdafiə Nazirliyi də bununla bağlı açıqlama yayıb:

“Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərin dəqiqləşdirilməsini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”.

Görünən odur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın bəzi ərazilərində ilişib qalan qanunsuz erməni qüvvələrinin vəziyyəti getdikcə dalana dirənir. Hətta Azərbaycan əsgərlərinin Qarabağdakı mövqe dəqiqləşdirmələri belə ermənilərin canına vəlvələ salır. Dia.az-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda dünyada gedən proseslərlə əlaqədar olaraq Azərbaycanın əlinə şans düşüb:

“Son günlər baş verən hadisələr bir daha onu göstərir ki, ermənilər nə öz iddialarından, nə də həyasızlıqlarından əl çəkmirlər. Nə qədər ki, dünyanın başı qarışıb, Azərbaycan bir addım irəli getməlidir. Həqiqətən də Azərbaycan əsgəri öz sərhədlərimiz çərçivəsində beynəlxalq hüquqa uyğun addım atır.

Hazırda Qarabağda qanunsuz erməni silahlı dəstələri var. Ermənistan indiyə qədər əldə olunan üçtərəfli razılaşmaların şərtlərini pozur. Təbii ki, bununla bağlı da Azərbaycanın Ermənistandan və Rusiyadan sərt tələbləri var. Əgər bu tələblər qəbul olunmasa, Azərbaycan Qarabağda antiterror əməliyyatı həyata keçirməlidir”.

Partiya sədri qeyd edib ki, erməni silahlıları sıxışdırılaraq ərazilərimizdən çıxarılmalıdır:

“O silahlı dəstələrin hamısı həbs olunmalı və hətta müqavimət göstərən yerindəcə güllələnməlidir. Beynəlxalq aləmin və Qərb ölkələrinin ikiüzlü standartlarını başa düşürəm, amma Azərbaycanın əlində də müəyyən kozurlar var. Hazırda Avropanın neftə və qaza ehtiyacı var. Nəzərə almaq lazımdır ki, Azərbaycan neft və qaz ölkəsidir. Fikrimcə, biz bu şansdan da istifadə etməliyik”.

DOSYE.ORG

COMMENTS