Azərbaycan şirkəti koronavirusla mübarizəyə 2 milyon manat ayırdı

Azərbaycan şirkəti koronavirusla mübarizəyə 2 milyon manat ayırdı

Hazırda dünya dövlətləri koronavirusla mübarizə aparmaq üçün səylərini birləşdirir. Yer kürəsi üçün ümumi bəlaya çevrilən xəstəliklə mübarizə üçün ölkəmiz mühüm addımlar atır.
Miq.Az xəbər verir ki,bir müddət öncə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb.
Ölkə prezidenti İlham Əliyev iri şirkətlərə çağırış edərək, yeni yaradılan Koronavirusla Mübarizə Fonduna yardım etməyə səsləyib. Prezident özü bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Ölkə prezidentinin bu çağırışına qoşulan şirkətlərdən biri də Azərbaycanda tütün məmulatlarının aparıcı istehsalçısı olan “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətidir. Şirkət Koronavirusla Mübarizə Fonduna böyük həcmdə vəsait köçürüb.
“Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüb.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin ofis, istehsal və anbar sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır və mühüm profilaktik tədbirlər həyata keçirilir».
DOSYE.ORG

COMMENTS