Azərbaycan torpağında Şaumyanın heykəli önünə GÜLLƏR QOYULDU…-FOTOLAR


Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan Xankəndi şəhərində şəhərin adının erməniləşdirilməsinin 97-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirilib.
Dosye.org  xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, “paytaxt günü” adlandırılan mərasimdə iştirak edən separatçı-terrorçu rejimin üzdəniraq başçısı Araik Arutyunyan digər separatçı məxluqların da müşayıəti ilə Azərbaycan xalqının 1918-ci il 31 martdan başlanan soyqırımına başçılıq etmiş qaniçən Stepan Şaumyanın heykəlinin önünə gül dəstələri qoyub.
Xatırladaq ki, 1923-cü ildə  bolşevik Rusiyası XIX əsrin əvvəllərindən bəri çar Rusiyası tərəfindən Azərbaycanın Yuxarı Qarabağ torpaqlarına köçürülmüş ermənilərdən artıb törəmiş hayklara burada muxtariyyət verdirib. Və Azərbaycan rəhbərliyinin də razılığıyla Xankəndinin adı dəyişdirilərək xalqımızın qatilinin “şərəfi”nə “Stepanakert” adlandırılıb… Hələ üstəlik, həmin  Şaumyana Bakının mərkəzində heykəl qoyulub, paytaxtımızın ən iri   rayonlarından biri, böyük prospekti, metro stansiyası, məktəblər və s. onun soyadına verilib. Bunlar da azmış kimi, hazırda başımıza bəla olan, ermənilərin dünyaya “işğal olunmuş erməni ərazisi” kimi sırıdığı kənd rayonuna da bu terrorçu erməninin murdar soyadı qoyulub…
DOSYE.ORG

COMMENTS