“Azərbaycana qalib gəlməli idik” – Maltanın baş məşqçisi

“Azərbaycana qalib gəlməli idik” – Maltanın baş məşqçisi

“Kosovo qrupun ən güclüsüdür. Bizim üçün çətin olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Malta millisinin baş məqşçisi Rey Farruciya Millətlər Liqasının 5-ci turunda Kosovo ilə ev matçı öncəsi yerli mətbuata açıqlamasında deyib.

O, Azərbaycanla oyunları da xatırlayıb: “Meydanda ən yaxşısını etməyə çalışacağıq. Biz bunu Azərbaycanla oyunda etmişik. Doğma meydanda Azərbaycana qalib gəlməli idik, amma 1 xalla kifayətləndik. Kosovoya qarşı da yaxşı oynamağa çalışacağıq”.

Qeyd edək ki, Malta millimizlə hər iki matçda heç-heçə (1:1) edib.

Dosye.org

COMMENTS