Azərbaycanda 3 otaqlı ev yandı

Azərbaycanda 3 otaqlı ev yandı

Qusarda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib.

Nəticədə, evin 1 otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

COMMENTS