Azərbaycanda ana oğluna görə cinayətə əl atdı

Yağdan telefon çıxdı. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, anası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlib.

Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində “Ana-bala” adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd “Nokia” markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

COMMENTS