Azərbaycanda azyaşlı gəlinlərin daha çox olduğu rayonlar

2015-ci ildə azərbaycanda erkən nikah faktlarının ən çox qeydə alındığı rayonların adları açıqlanıb. Erkən nikah halları ən çox Şəkidə və Salyanda qeydə alınıb. Sonrakı yerlərdə isə Şabran və Ağsu gəlir.

 

Xəzərxəbər-in məlumatına görə, Ailə Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsi 2015 ci ildə  erkən nikah hallarınin qeydə alındığı  rayonların siyahısini açıqlayıb.

 

Siyahıya “liderliyi” Şəki rayonu edir. Burda  ötən il 37 belə fakt  qeydə alınıb. Rayondakı  bəzi gənclər yaş həddinə əməl etmir və ya nikah  müqaviləsi olmadan evlənir. Bu  isə sonradan həmin gənclərin müəyyən problemlərlə üzləşməsinə gətirib çıxarır.

 

Rayon sakinlərinin əksəriyyəti erkən nikahın əleyhinədir.

 

Bu istiqamətdə  yerli prokurorluq və pölis orqanlarının əməkdaşları da bir sira marifləndirmə işləri həyata keçirirlər.

 

Salyanda da ötən il 27 azyaşlı qız rəsmi nikaha girib. Bunu Ədliyyə Nazirliyinin Salyan qeydiyyat şövbəsi də təsdiqləyib. Qurumun məlumatına görə, azyşlıların rəsmi nikaha girməsi yalnız rayon İcra hakimiyyətinin müvafiq sərəncamı əsasında mümkün olub. Amma məlumdur ki, qeyri-rəsmi nikahda olan azyaşlıların sayı daha çoxdur.

 

Yerli sakinlər bu işdə valideyinlərin də üzərlərinə böyük məsuliyyət düşdüyünü deyirlər.

 

Ekspertlər hesab edirlər ki, bu sahədə marifləndirmə işləri  daha da  gücləndirilməli, bunun fəsadları  daha yaxşı izah edilməlidir.


COMMENTS